​Böyük Britaniya səfirliyinin dəstəyi ilə futbol oyunu keçirilib

​Böyük Britaniya səfirliyinin dəstəyi ilə futbol oyunu keçirilib Matçda sevinən tərəf olmayıb - 6:6
Futbol
14 Dekabr , 2014 14:59
​Böyük Britaniya səfirliyinin dəstəyi ilə futbol oyunu keçirilib
Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün “Bayıl Arena”da Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Bakcell" şirkətinin dəstəyi ilə ''Britaniya komandası'' və ''Qarabağ'' futbol klubu arasında qeyri-rəsmi futbol oyunu keçirilib.

"Report"un məlumatına görə, Britaniya komandasını səfir İrfan Siddiq və “Mançester Yunayted” Yay Məktəbinin məzunları təmsil edib.

"Qarabağ"ın heyətində isə vitse-prezident Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl, klubun 13 yaşlardan ibarət komandası və akademiyanın direktoru Con Val Loyen meydana çıxıb.

20 dəqiqəlik 2 hissədən ibarət olan matçın sonunda sevinən tərəf olmayıb - 6:6.

Son xəbərlər

Orphus sistemi