Yuxarı
    Bağlamaq

    Braziliyanın "Santos" klubu Pele ilə əbədi müqavilə bağlayıb

    Pelenin obrazı klubun marketinq kampaniyasında istifadə ediləcək

    Bakı. 5 dekabr. REPORT.AZ/ Braziliyanın "Santos" klubu ilə əfsanəvi futbolçu Pele arasında Braziliya yığmasının sabiq hücumçusunun obrazından əbədi yararlanmağa imkan verən müqavilə imzalanıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Pelenin obrazı marketinq kampaniyasında istifadə ediləcək. 

    Yeni anlaşma tərəflərə birgə məhsullar yaratmaq və buraxmağa imkan verən lisenziyalı müqaviləni də nəzərdə tutur. "Pele və "Santos" brendləri daim bir-birinə bağlı olacaq. Biz anlaşmanın əbədiyyətə qədər davam edəcəyini gözləyirik. Xoş haldır ki, tariximizdə bütün dövrlərin ən yaxşı futbolçusu var" deyə klub prezidenti Odilio Rodriges deyib. 

    Qeyd edək ki, Pele 1956-1974-cü illərdə "Santos"un formasını geyinib. Əfsanəvi futbolçu məhz bu klubda çıxış etdiyi dövrdə - 1958, 1962 və 1970-ci illərdə Braziliya yığmasının heyətində dünya çempionu olub.  Hazırda o, səhhətindəki problemlərlə əlaqədar xəstəxanadadır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi