Braziliyalı qapıçı Rojerio Seni karyerasında 127-ci qolu vurub

Braziliyalı qapıçı Rojerio Seni karyerasında 127-ci qolu vurub Bu dəfə o, cərimə zərbəsindən fərqlənib
Futbol
13 Aprel , 2015 10:33
Braziliyalı qapıçı Rojerio Seni karyerasında 127-ci qolu vurub

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol qapıçıları arasında dünya rekordçusu Rojerio Seni karyerasında 127-ci qolu vurub. "Report"un məlumatına görə, "San Paulu"nun 42 yaşlı qolkiperi "Red Bull" komandası ilə matçın ilk yarısının sonlarında cərimə zərbəsini dəqiq yerinə yetirib.

Sonradan daha 2 qol vuran "San Paulu" böyük hesabla qalib gəlib - 3:0.

Qeyd edək ki, bu mövsüm Rojerio Seni 20 qol vurub. O, ümumilikdə 1204 matçda 127 dəfə fərqlənib. Seni futbol tarixində ən çox qol vuran qapıçı kimi FİFA tərəfindən rəsmən tanınıb. 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionluğu qazanmış qapıçı mövsümün sonunda karyerasını başa vuracaq. 

Son xəbərlər

Orphus sistemi