Yuxarı
    Bağlamaq

    Braziliyalı futbolçu hökuməti məhkəməyə verib

    Daha əvvəl San Paulu şəhər federal məhkəməsi Neymarı 2012-2014-cü illər ərzində vergidən yayınmaqda günahkar bilib

    Bakı. 1 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" futbol klubunun və Braziliya yığma komandasının hücumçusu Neymar ölkə hökumətini məhkəməyə verib.

    "Report" TASS-a istinadən xəbər verir ki, buna futbolçu və ailəsinin ittiham olunduğu vergidən yayınma ilə bağlı istintaq haqqında məlumatların yayılmasının səbəb olduğu ehtimal edilir.

    Mənbənin məlumatına görə, Braziliya şəhərinin federal məhkəməsi iddia ərizəsini mayın 17-də qəbul edib.

    Xatırladaq ki, bu ilin mart ayında San Paulu şəhər federal məhkəməsi Neymarı 2012-2014-cü illər ərzində vergidən yayınmaqda günahkar bilib. Məhkəmənin qərarı ilə Braziliya millisinin forvardı dövlət xəzinəsinə 46 milyon avro köçürməlidir.

    Qeyd edək ki, 24 yaşlı futbolçunun adı daha bir səs-küylü məsələdə hallanır. Belə ki, onun şərəfini qoruduğu "Barselona" Neymarın keçidi zamanı 13 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Belə ki, klub əvvəlcə transferin qiymətini 57,1 milyon avro kimi bildirsə də, sonradan rəhbərlik futbolçu ilə başqa anlaşmaların olmasını etiraf edib. Hücumçunun atası isə transfern real dəyərinin 100 milyon avro civarında olduğunu söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi