Yuxarı
    Bağlamaq

    Braziliyada qapıçı mənasız qola görə taksiyə minərək stadionu tərk edib - VİDEO

    Fabio Qosalves debüt oyununda mərkəzdən kuryoz qol buraxıb© Youtube

    Bakı. 1 iyun. REPORT.AZ/ Braziliyanın "Fiqeyrense" klubunun qapıçısı Fabio Qosalves "Boa"ya qarşı oyunda buraxdığı iki qola görə kədərlənib və fasilədə taksiyə minərək stadionu tərk edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri yazıb.

    Qonsalves komandadakı debüt oyununda çıxışda səhvə yol verərək kuryoz qol buraxıb. O, rəqib futbolçunun meydanın mərkəzindən vurduğu topu tuta bilməyib və matçda hesab açılıb. Qapıçı daha bir qolu isə penaltidən buraxıb.

    Nəşr yazır ki, futbolçu fasilə zamanı taksiyə minərək şəxsi işlərinin dalınca gedib və bir daha kluba geri qayıtmayıb. Bundan sonra komanda rəhbərliyi 38 yaşlı qolkiperlə müqaviləni pozmaq qərarına gəlib.

    Matç 2:0 hesabı ilə "Boa" klubunun xeyrinə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi