Braziliyada azarkeşlər arasındakı toqquşmada bir nəfər ölüb

Braziliyada azarkeşlər arasındakı toqquşmada bir nəfər ölüb Həmin şəxs təsadüfi şahid olub
Futbol
4 Aprel , 2016 08:31
Braziliyada azarkeşlər arasındakı toqquşmada bir nəfər ölüb

Bakı. 4 aprel. REPORT.AZ/ Braziliyada "Korintians" və "Palmeyras" futbol komandalarının azarkeşləri arasındakı davada 1 nəfər ölüb. "Report"un məlumatına görə, insident San-Pauluda ölkə çempionatı matçından öncə yaşanıb. 

Toqquşmada iştirak etməyən təsadüfi şahid sinəsindən güllələnib. Onun və qatilin adı açıqlanmır. 

Kütləvi toqquşmalarda azı 3 nəfər həbs olunub.

Qeyd edək ki, görüş "Palmeyras"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi