Braziliyada 16 yaşlı futbolçunun meyiti tapılıb

Braziliyada 16 yaşlı futbolçunun meyiti tapılıb Onun cəsədi hovuzda aşkar edilib
Futbol
21 Oktyabr , 2016 05:40
Braziliyada 16 yaşlı futbolçunun meyiti tapılıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ On altı yaşlı braziliyalı futbolçu Lukaş Xesus dos Santosun cəsədi San-Pauluda hovuzun dibindən tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Folha de S. Paulo" nəşri yazıb.

Polisin məlumatına görə, çərşənbə günü o, komanda yoldaşları ilə hovuzda olub və özünü pis hiss edib. Oyunçular hovuzu tərk etdikdən sonra, dos Santos nə isə yaddan çıxartdığı üçün geri qayıdıb.

"Portuqeza" klubunun gənclər heyətində çıxış edən yeniyetmə futbolçunun cəsədi cümə axşamı səhər aşkar edilib. Polis yoxlama aparır. Ölümün səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi