Braziliya yığmasının keçmiş futbolçusu həbs edilə bilər

Braziliya yığmasının keçmiş futbolçusu həbs edilə bilər Futbol üzrə Braziliya milli yığma komandasının hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.
Futbol
10 Dekabr , 2019 08:11
Braziliya yığmasının keçmiş futbolçusu həbs edilə bilər

Futbol üzrə Braziliya milli yığma komandasının hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” mənbəyə istinadən məlumat yayıb.

Mənbə iddia edir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd olunub ki, ona qarşı irəli sürülən ittihamlardan biri də 2018-ci ildə villasını narkotik alverçisinə satması olub. Buna görə braziliyalını həbs cəzası gözləyir.

Xatırladaq ki, karyerası ərzində Bastos Hollandiyanın "Feyenoord", Fransanın "Lill" və "Lion", Almaniyanın "Schalke 04" və İtaliyanın "Roma" kimi klublarında oynayıb. Braziliyalı hücumçu karyerasını bu ilin payızında bitirib. 

Son xəbərlər

Orphus sistemi