Təyyarə qəzasında dünyasını dəyişənlərin xatirəsinə xeyriyyə məqsədli yoldaşlıq görüşü keçirilib

Təyyarə qəzasında dünyasını dəyişənlərin xatirəsinə xeyriyyə məqsədli yoldaşlıq görüşü keçirilib Oyundan əldə olunan gəlir "Şapekoense" klubunun üzvlərinin ailələrinə veriləcək
Futbol
26 Yanvar , 2017 11:34
Təyyarə qəzasında dünyasını dəyişənlərin xatirəsinə xeyriyyə məqsədli yoldaşlıq görüşü keçirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Futbol üzrə Braziliya və Kolumbiya yığmaları arasında xeyriyyə məqsədi ilə yoldaşlıq görüşü keçirilib. "Report"un məlumatına görə, Rio-de-Janeyrodakı "Marakana" stadionunda təşkil olunmuş qarşılaşma təyyarə qəzasında ölən Braziliyanın "Şapekoense" klubunun oyunçularının xatirəsinə həsr edilib.

Yoldaşlıq görüşündən əldə olunan gəlir dünyasını dəyişənlərin ailələrinə veriləcək.

Yığmaların heyətində ölkə çempionatlarında çıxış edən futbolçular yer alıb. Qarşılaşma Braziliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Dudu vurub.

Qeyd edək ki, 2016-cı il noyabrın 28-də Kolumbiyada baş vermiş təyyarə qəzasında 71 nəfər ölüb. "Şapekoense" klubunun futbolçuları, inzibati və məşqçi heyəti də həmin qəzada dünyasını dəyişib. Ölənlər arasında əvvəllər "Xəzər Lənkəran"da çıxış etmiş Villiam Tieqo de Xesus və Bakı "İnter"inin sabiq oyunçusu Filipe Maçado da var. 

Son xəbərlər

Orphus sistemi