Braziliya millsinin həkimi: "Neymarın sağalması 3 ayadək çəkəcək"

Braziliya millsinin həkimi: "Neymarın sağalması 3 ayadək çəkəcək" Bakı. 1 mart. REPORT.AZ/ Fransa çempionatının XXVII turunda “Marsel” ilə ev oyununda zədələnən PSJ klubunun futbolçusu Neymarın sağalması 2,5 – 3 ay çəkəcək.
Futbol
1 Mart , 2018 17:46
Braziliya millsinin həkimi: Neymarın sağalması 3 ayadək çəkəcək

Bakı. 1 mart. REPORT.AZ/ Fransa çempionatının XXVII turunda “Marsel” ilə ev oyununda zədələnən PSJ klubunun futbolçusu Neymarın sağalması 2,5 – 3 ay çəkəcək.

“Report” xəbər verir ki, bu barədə “Sky Sports”a açıqlamasında Braziliya millisinin həkimi Rodriqo Lasmar bildirib.

Beləliklə, forvardın martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxacağı dəqiqləşib. Paris təmsilçisi səfərdə keçirdiyi ilk görüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.

Son xəbərlər

Orphus sistemi