Yuxarı

Braziliya millisi tarixində ən erkən qol vurulub - VİDEO

Braziliya millisi tarixində ən erkən qol vurulub - VİDEO
Dieqo Silva həm də sonuncu qolun müəllifi olub

Bakı. 13 iyun. REPORT.AZ/ Futbol üzrə Braziliya milli komandası tarixində ən erkən qol vurulub.

"Report"un məlumatına görə, yarımmüdafiəçi Dieqo Souza Avstraliya ilə yoldaşlıq görüşünün 10-cu saniyəsində fərqlənib.

Viktor Juliano oyuna mərkəzdən başlayan rəqibdən topu ələ keçirib və Souzaya ötürmə verib. Hazırda "Sport Resifi" klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi isə uzaq küncü dəqiq nişan alıb.

Qeyd edək ki, Melburndakı "Cricket Ground" stadionunda keçirilmiş görüş Braziliya millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Dieqo Souza həm də 90+3-cü dəqiqədə son qolun müəllifi olub. Digər qolları 62-ci dəqiqədə Tiaqo Silva, 75-ci dəqiqədə isə Tayson vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi