Yuxarı

​Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilib

Komanda Amerika Kubokunda qrupdan çıxa bilməyib

Bakı. 14 iyun. REPORT.AZ/ Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa istefaya göndərilib.

"Report"un məlumatına görə, istefa qərarı Dunqanın federasiya rəsmiləri ilə görüşündə qəbul olunub.

Onunla birgə bütün məşqçilər heyəti də komandadan ayrılıb. Tezliklə yeni baş məşqçi axtarışlarına başlanılacaq.

Qeyd edək ki, Braziliya yığması Amerika Kubokunda qrup mərhələsindəcə mübarizəni dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi