Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoyub

Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoyub Bakı. 3 noyabr. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun pasportuna həbs qoyulub.
Futbol
3 Noyabr , 2018 10:14
Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoyub

Bakı. 3 noyabr. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun pasportuna həbs qoyulub.

“Report” “Globo Esporte” portalına istinadən xəbər verir ki, bununla bağlı qərarı Riu-Qrandi-du-Sul ştatının məhkəməsi qəbul edib.

38 yaşlı veteran idmançı 2015-ci ildə qardaşı ilə birlikdə qanunsuz anbar və balıqçılıq platformasının tikintisinə görə təyin edilən 2 milyon avro cəriməni ödəmədiyi üçün sanksiya ilə üzləşib.

Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. O, bu ilin yanvarında peşəkar karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi