Braziliya klubunun nümayəndəsi "Neftçi" ilə əməkdaşlıq üçün Bakıya gəlib

Braziliya klubunun nümayəndəsi "Neftçi" ilə əməkdaşlıq üçün Bakıya gəlib Marçelo Tekseyra: "Bu, "Fluminense" üçün çox önəmlidir"
Futbol
13 Oktyabr , 2015 14:27
Braziliya klubunun nümayəndəsi Neftçi ilə əməkdaşlıq üçün Bakıya gəlib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Braziliyanın “Fluminense” futbol klubunun nümayəndəsi Marçelo Tekseyra “Neftçi”nin dəvəti ilə Bakıda səfərdədir. "Report"un məlumatına görə, Texeyra bu gün paytaxt təmsilçisinin 28 Mall Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsinə baş çəkib. 

O, klubun rəsmi saytına açıqlamasında Bakı haqqında təəssüratları barədə danışıb: “Bakı çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu". 

“Neftçi”dəki futbolçulardan Eyltonu 17 yaşından tanıdığını deyən Tekseyra onunla uzun müddət birgə çalışdığını söyləyib. O, “Neftçi” ilə əməkdaşlıqdan da danışıb: "Bu klubun nümayəndələri ilə Almaniyada gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşduq. Bizim aramızda gələcək əməkdaşlıq haqqında danışıqlar olmuşdu. "Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir. “Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımızla söhbət apardılar və iş üsulumuzla tanış oldular. Daha sonra Bakıya dəvət olunduq".

Son xəbərlər

Orphus sistemi