Yuxarı

Böyükağa Hacıyevin daha iki gün Mərkəzi Klinik Xəstəxanada qalması qərara alınıb - YENİLƏNİB

Böyükağa Hacıyevin daha iki gün Mərkəzi Klinik Xəstəxanada qalması qərara alınıb - YENİLƏNİB
Sabiq baş məşqçinin endokrinoloji problemləri də üzə çıxıb

Bakı. 12 fevral. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev daha iki gün Mərkəzi Klinik Xəstəxanasında qalacaq. Bu barədə "Report"a komitənin sədri Vaqif Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, "Neftçi" və "Bakı" komandalarının sabiq baş məşqçinin endokrinoloji problemləri də olduğu üçün həkim nəzarəti altında saxlanılması məqsədəuyğun sayılıb.   


*** 09:22

AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq. 

Bu barədə "Report"a xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, artıq B.Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu. Buna baxmayaraq, onun ürəyinə iki stend qoyaraq, vəziyyətində sabitlik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir. Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidir. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək". 

Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi