Böyükağa Hacıyev Robert Prosineçkinin işini dəyərləndirib

Böyükağa Hacıyev Robert Prosineçkinin işini dəyərləndirib Hacıyev Prosineçkinin üstün cəhətlərini vurğulayıb
Futbol
23 Fevral , 2015 02:20
Böyükağa Hacıyev Robert Prosineçkinin işini dəyərləndirib

Antalya. 23 Fevral. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində davam edən hazırlıq prosesini dəyərləndirib. "Report"un Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis Robert Prosineçkinin yığmanın sabiq baş məşqçisi Berti Foqtsdan fərqləndiyini deyib.

Yığmanın təlim-məşq toplanışını izləyən B.Hacıyev Prosineçkinin üstün cəhətlərini vurğulayıb. O, xorvatiyalı məşqçinin komandanı müdafiədən oynatmadığını söyləyib: "Məşqin gedişində verdiyi tapşırıqlardan hiss olunur ki, istər standart, istərsə də mərkəzdən hücumlara geniş yer verir. Futbolçuları daim xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmağa çağırır. Buna görə də hesab edirəm ki, azərbaycanlı azarkeşlər bu il uzun müddətdən sonra milli komandanın ifasında, nəhayət, hücum futbolu görəcəklər. Robert Prosineçki bu qaydada davam edərsə, komanda böyük uğurlar qazanacaq".

Onun fikrincə, futbolçuların Prosineçkinin fəlsəfəsini yerinə yetirmələri üçün zamana ehtiyac var. "Baş məşqçi toplanışın ilk günündən çalışır ki, özünün futbol fəlsəfəsini komandaya tez bir zamanda aşılaya bilsin. Çox güman ki, buna nail olacaq. Bundan başqa, Prosineçkinin gətirdiyi fiziki hazırlıq üzrə məşqçinin işi daha sağlamdır. Yəni, əvvəlki məşqçilərdən fərqli olaraq, modern fiziki hazırlığa bir o qədər də fikir vermir. Bütün düşüncəsi komandanı məşqə düzgün hazırlamaqdır. Digər tərəfdən, Prosineçkinin komandanı texniki-taktiki planda "işlətməsi" hər şeydən xəbər verir".

Son xəbərlər

Orphus sistemi