Böyükağa Hacıyev bu gün Keşlə qəbirstanlığında dəfn olunacaq

Böyükağa Hacıyev bu gün Keşlə qəbirstanlığında dəfn olunacaq Bakı. 16 mart. REPORT.AZ/ Bu gün vəfat edən Azərbaycanın tanınmış futbol məşqçisi Böyükağa Hacıyev saat 14:30-da dəfn olunacaq.
Futbol
16 Mart , 2018 13:19
Böyükağa Hacıyev bu gün Keşlə qəbirstanlığında dəfn olunacaq

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün vəfat edən Azərbaycanın tanınmış futbol məşqçisi Böyükağa Hacıyev saat 14:30-da dəfn olunacaq.

Bu barədə “Report”a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib. O bildirib ki, mərhum Keşlə qəbirstanlığında torpağa tapşırılacaq.

Onunla vida mərasimi Keşlə məscidində olacaq.

B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulmuşdu.

Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi