Yuxarı

"Böyük oyun"un hakimləri açıqlanıb

Prinsipial rəqiblər və autsayderlərin oyununa 4, digər matçlara 6 hakim göndərilir

Bakı. 9 fevral. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında XXI turun hakim təyinatları açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, son illərin ən prinsipial rəqiblərindən sayılan "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasındakı oyuna Ramil Diniyev təyinat alıb. 

Hakimlər Komitəsi "Simurq" - "Qəbələ" və AZAL - "Qarabağ" qarşılaşmalarından fərqli olaraq, bu görüşə əlavə köməkçi hakim yollamağa lüzum görməyib. "Böyük oyun"la yanaşı, autsayder "Bakı" ilə "Sumqayıt" arasındakı matçda da 4 hakimin xidmətindən istifadə olunacaq. 

10 fevral (çərşənbə axşamı)

17:00. “Simurq” (Zaqatala) - “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov


11 fevral (çərşənbə)

16:00. “Neftçi” (Bakı) - “Xəzər Lənkəran”

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev


15:00. AZAL (Bakı) - “Qarabağ” (Ağdam)

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov


14:00. “Bakı” - “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi