​Azərbaycan Premyer Liqasında XXI tura "Böyük oyun"la yekun vurulub

​Azərbaycan Premyer Liqasında XXI tura "Böyük oyun"la yekun vurulub Turun son oyun günündə 3 qarşılaşma baş tutub
Futbol
11 Fevral , 2015 17:51
​Azərbaycan Premyer Liqasında XXI tura Böyük oyunla yekun vurulub

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının XXI turuna yekun vurulub. "Report"un məlumatına görə, turun son oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk matçında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Bakı" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Autsayder komandalar arasında keçirilən oyunun sonunda qalib müəyyənləşməyib - 0:0.

Növbəti qarşılaşmada AZAL və "Qarabağ" komandaları üz-üzə gəlib. Şüvəlanda keçirilən matçda qonaq komanda aktivinə 3 xal yazdırmağı bacarıb - 0:1. Reynaldo matçın 57-ci dəqiqəsində adını tabloya yazdırıb.

Turun və günün son qarşılaşması "Bakcell Arena"da keçirilib. Burada bir-birinə qarşı prinsipial oyunu ilə fərqlənən "Neftçi" və "Xəzər Lənkəran" komandaları qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində qol qeydə alınmayıb. İkinci hissəyə daha aktiv başlayan "ağ-qaralar" matçın 65-ci dəqiqəsində istəyinə nail olub. Julius Vobay hesabı açıb - 1:0. Bundan 3 dəqiqə sonra isə Samir Məsimov "Neftçi"nin ikinci qolunu rəqib qapısından keçirib. Qarşılaşma bu hesabla da başa çatıb - 2:0.

10 fevral

"Simurq" - "Qəbələ" 2:0

11 fevral

"Bakı" - "Sumqayıt" 0:0

AZAL - "Qarabağ" 0:1

"Neftçi" - "Xəzər Lənkəran" 2:0

Son xəbərlər

Orphus sistemi