"Böyük oyun"un hakimləri müəyyənləşib

"Böyük oyun"un hakimləri müəyyənləşib Qarşılaşmaların yarısında 6 hakim olacaq
Futbol
8 Aprel , 2015 10:49
Böyük oyunun hakimləri müəyyənləşib

Bakı. 8 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran" və "Neftçi" arasında keçiriləcək qarşılaşmaya FİFA referisi Əliyar Ağayev təyinat alıb. 

Daha bir beynəlxalq dərəcəli hakim Rəhim Həsənov lider "Qarabağ"ın AZAL-la görüşünü idarə edəcək. 4-cü pillənin taleyini böyük ölçüdə həll edəcək "Qəbələ" - "Simurq" matçı isə Elvin Əsgərova tapşırılıb. Bu iki oyunda 6 hakimin xidmətindən istifadə ediləcək. Nəhayət, Autsayderlər "Sumqayıt"la "Bakı" arasındakı qarşılaşmada isə Ramil Diniyev fit sahibi olacaq. 

9 aprel (cümə axşamı)

17:00. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
Bakı, “Bakcell Arena”

17:00. “Sumqayıt” – “Bakı”

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt, “Kapital Bank Arena”

19:00. “Qəbələ” – “Simurq” (Zaqatala)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu. 

Son xəbərlər

Orphus sistemi