Yuxarı

"Böyük oyun"da insident baş verib

Polislər Neftçinin bir neçə azarkeşini tribunadan uzaqlaşdırıb

Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında XXI turun "Neftçi" - "Xəzər Lənkəran" matçında insident baş verib. "Report"un oyunu "Bakcell Arena"da izləyən əməkdaşının verdiyi məlumata görə, ilk yarının ortalarında "Neftçi"nin bir neçə fanatını polislər tribunadan çölə çıxarıblar. 

Bu addımın səbəbi bilinmir. Tribunadan çıxarılanlar "Neftçimania" fan-klubunun üzvləridir.

Qeyd edək ki, hazırda hesab açılmayıb - 0:0. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi