Böyük Britaniya səfiri "Qarabağ"ın azlıqda qalmasına təəssüflənib

Böyük Britaniya səfiri "Qarabağ"ın azlıqda qalmasına təəssüflənib "Bunların hamısı böyük nailiyyətdir"
Futbol
23 Noyabr , 2017 15:13
Böyük Britaniya səfiri Qarabağın azlıqda qalmasına təəssüflənib
Report

Bakı. 23 noyabr. REPORT.AZ/ "Təəssüf ki, "Qarabağ" oyunun əvvəlində azlıqda qaldı və uzun müddət 10 nəfərlə oynadı. Stadiondakı ab-hava gözəl, arenanın özü isə möhtəşəm idi".

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft deyib. Xanım diplomat "Qarabağ"ın uğurlarına və Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərə diqqət çəkib: "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlişi erkən baş verdi. Bu da Azərbaycan futbolu tarixində əlamətdar nailiyyətdir. Belə qısa vaxtda Azərbaycanda milli komanda, yerli klublar, uşaq futbolu inkişaf etdirildi, istedadlı futbolçular üzə çıxır. Bunların hamısı böyük nailiyyətdir".
Qeyd edək ki, "Qarabağ" ötən gün İngiltərənin "Çelsi" klubuna 0:4 hesabı ilə uduzaraq Çempionlar Liqasında qrup mərhələsini dəf edə bilməyib.  

Son xəbərlər

Orphus sistemi