Bosniya və Herseqovinada şotlandiyalı futbol azarkeşlərinə maskalı şəxslər hücum ediblər

Bosniya və Herseqovinada şotlandiyalı futbol azarkeşlərinə maskalı şəxslər hücum ediblər Nəticədə bir neçə fanat müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb
Futbol
20 İyul , 2017 17:23
Bosniya və Herseqovinada şotlandiyalı futbol azarkeşlərinə maskalı şəxslər hücum ediblər

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bosniya və Herseqovinada “Şiroki Briyeq”in qonağı olacaq Şotlandiya “Aberdin”inin azarkeşləri yerli fanatların hücumuna məruz qalıblar.

“Report”un “Daily Mail”ə istinadən verdiyi məlumata görə, Şiroki Briyeq şəhərində gəzişən 50 nəfərlik qrupa maskalı şəxslər basqın ediblər. Nəticədə bir neçə şotlandiyalı fanat müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, bu gün keçiriləcək “Şiroki Brieq” – “Aberdin” oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. İlk matçda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi