Yuxarı

"Borussiya" yeni məşqçinin gəlişi ilə 8 oyunluq qələbəsizlik seriyasına son qoyub

"Borussiya" yeni məşqçinin gəlişi ilə 8 oyunluq qələbəsizlik seriyasına son qoyub

Bakı. 13 dekabr. REPORT.AZ/ Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının 16-cı turunda "Mayts" üzərində səfər qələbəsi qazanıb.

“Report” xəbər verir ki, görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Dortmund komandasına qələbəni Sokratis Papastatopulos və Sindzi Kaqavanın vurduğu qollar gətirilib.

"Borussiya" yeni baş məşqçi Peter Ştyogerin rəhbərliyi altında ilk oyununda qələbə qazanmaqla, Almaniya çempionatında 8 oyundur davam edən qələbəsizlik seriyasına son qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi