Yuxarı

​"Borussiya"nın yarımmüdafiəçisi: " "Qəbələ" güclü rəqibdir"

Bu oyuna yaxşı hazırlaşmışıq

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Henrik Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı qərar verilib. Qərar belədir və biz buna hörmətlə yanaşırıq".

"Report"un məlumatına görə, bunu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Yonas Hofmann deyib.

Yarımmüdafiəçi sözlərinə belə davam edib:

"Bu qərar klub tərəfindən birlikdə qəbul olunub. İki ölkə arasındakı münaqişəni nəzərə alaraq, belə qərara alındı ki, o, ölkədə qalsın və Bundesliqa oyununa hazırlaşsın. Baxmayaraq ki, "Qəbələ" güclü rəqibdir".

Daha sonra 23 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb.

Rəqib komandayla bağlı nə deyə bilərsiz?

- Öz çempionatında ikinci yerdədir və Avropa Liqasında ikinci pillədədir. Bu oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, topa nəzarət edək və aqressiv oyun oynayaq.

"Qəbələ" ilə oyunda qələbə komandaya nə qədər xeyir verəcək?

- Bu oyunda 3 xal üçün meydana çıxacağıq ki, lazımlı nəticəni əldə edək. Baxmayaraq ki, ilk 20-30 dəqiqədə çətinlik çəkirik. Amma istədiyimiz oyunu nümayiş etdirməyə çalışacağıq.

Dortmund azarkeşləri dəstək üçün dünyanın istənilən yerinə yollanırlar. Bu haqda nə deyə bilərsən?

- Bu yaxşı haldır. Yunanıstanda da keçirilən oyunda bizə dəstək verirdilər və sabah da bizimlə olacaqlar. Bu da bizə əlavə motivasiya verir.

Mxitaryanın çıxış etməməsi ilə bağlı ola bilsin start heyətində siz çıxasınız...

- "Borussiya" böyük klubdur. Ola bilər ki, heç meydana çıxmayım. Ancaq nə zaman mənə fürsət verilsə, əlimdən gəldiyi qədər kömək etməyə çalışıram. Şans veriləcəyi təqdirdə sabahkı oyunda da 3 xal üçün çalışacağam.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi