"Borussiya"nın Londona səfəri futbolçusuna görə gecikib

"Borussiya"nın Londona səfəri futbolçusuna görə gecikib Bakı. 12 fevral. REPORT.AZ/ Almaniyanın Borussiya (Dortmund) klubunun Çempionlar Liqası üçün İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb.
Futbol
12 Fevral , 2019 19:10
Borussiyanın Londona səfəri futbolçusuna görə gecikib

Bakı. 12 fevral. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun Çempionlar Liqası üçün İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem"lə matç üçün səfəri futbolçusuna görə gecikib. 

Komandanın gənc oyunçusu Ceydon Sanço pasportu olmadan hava limanına gedib. 19 yaşlı ingiltərəli hücumçu sənəd üçün evə qayıtmağa məcbur olub. Uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilib.

Qeyd edək ki, "Tottenhem" - "Borussiya" matçı fevralın 13-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu isə martın 5-də olacaq. 

Son xəbərlər

Orphus sistemi