​"Borussiya"nın icraçı direktoru: "Klub rəqiblərinə ciddi yanaşacaq"

​"Borussiya"nın icraçı direktoru: "Klub rəqiblərinə ciddi yanaşacaq" Baş məşqçi: "Biz ciddi məşq edərək görüşə hazır olacağıq"
Futbol
29 Avqust , 2015 10:27
​Borussiyanın icraçı direktoru: Klub rəqiblərinə ciddi yanaşacaq

Bakı. 29 avqust. REPORT.AZ/ "Borussiya Dordmund" futbol klubu "Report"a UEFA Avropa Liqasının püşkünün nəticələrini şərh edib. Almaniya futbol klubu püşkatma nəticəsində Azərbaycanın "Qəbələ" komandası ilə eyni qrupa düşüb.

"Borussiya"nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, püşkatmanın nəticələrini şərh edən klubun icraçı direktoru Hans-Yoahim Vatske bildirib ki, sırf idman nöqteyi nəzərindən komanda baxımından bəxtləri gətirib.

O qeyd edib ki, buna baxmayaraq komanda öz rəqiblərinə ciddi yanaşacaq: "Yunanıstanın PAOK komandası 1976 və 1985-ci illərdə ölkə çempionu olub. 1972, 1974, 2001 və 2003-cü illərdə klub Yunanıstan Kubokuna sahib çıxıb. Rusiyanın "Krasnodar" komandası 2008-ci ildə yaradılıb və 2013-cü ildən mütəmadi olaraq Avropa Liqasında iştirak edir. Digər komandalardan fərqli olaraq, "Krasnodar" bir qədər zəif komanda təəssüratını bağışlayır. Azərbaycanın "Qəbələ" komandası isə ötən mövsüm üçüncü yerə sahib olub".

"Borussiya Dordmund" futbol klubunun baş məşqçisi Tomas Tuxel isə bildirib ki, komandası maraqlı qrupa düşüb: "Salonikidə bizi qeyri-ordinar mühit gözləyir. "Krasnodar" bir neçə xarici futbolçu ilə güclü klubdur. "Qəbələ" isə "Panatinaikos"u məğlub edərək qrup mərhələsinə keçib. Biz ciddi məşq edərək görüşə hazır olacağıq". 

Son xəbərlər

Orphus sistemi