"Borussiya"nın hücumçusu "Arsenal"a transfer olub - RƏSMİ

"Borussiya"nın hücumçusu "Arsenal"a transfer olub - RƏSMİ 28 yaşlı hücumçunun keçidi klub üçün rekord məbləğə başa gəlib
Futbol
31 Yanvar , 2018 15:30
Borussiyanın hücumçusu Arsenala transfer olub - RƏSMİ

Bakı. 31 yanvar. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq İngiltərə "Arsenal"ı ilə uzunmüddətli müqavilə bağlayıb.

"Report"un London təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçunun keçidi klub üçün rekord məbləğə başa gəlib.

O, qış transfer dövründə "Arsenal"ın ikinci transferi olub. Obameyanq "Borussiya"nın heyətində 213 oyuna 172, Bundesliqada isə 144 matçda 98 qol vurub.

Qeyd edək ki, İngiltərə mətbuatı Qabon millisinin kapitanı ilə 3,5 illik müqavilə bağlanıldığını yazıb. Bunun qarşılığında Pyer-Emerik Obameyanq həftədə 180 min funt sterlinq qazanacaq. "Borussiya" isə onun satışından 63,75 milyon avro əldə edib. 14 nömrəli formada çıxış edəcəyi gözlənilən hücumçu bugünlərdə "Mançester Yunayted"ə transfer olunmuş Aleksis Sançesi əvəzləyəcək. 

Son xəbərlər

Orphus sistemi