"Borussiya"nın avtobusunun qarşısında partlayış olub, 1 futbolçu yaralanıb

"Borussiya"nın avtobusunun qarşısında partlayış olub, 1 futbolçu yaralanıb Xəsarət alan müdafiəçi Mark Bartra xəstəxanaya yerləşdirilib
Futbol
11 Aprel , 2017 22:14
Borussiyanın avtobusunun qarşısında partlayış olub, 1 futbolçu yaralanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərində yerli "Borussiya"nın avtobusunun qarşısında partlayış baş verib.

"Report"un məlumatına görə, hadisə vaxtı komanda oteldən Çempionlar Liqasında Fransa "Monako"su ilə ilk 1/4 final oyununun keçiriləcəyi stadiona gedirmiş.

Stadiona çatmağa 10 km. qalmış 3 partlayıcı qurğunun işə düşməsi nəticəsində müdafiəçi Mark Bartra xəsarət alıb. Ona şüşə qırıntıları dəyib. Bartra xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə böyük qüvvə cəlb edib. Partlayışın bilərəkdən olub-olmadığı yoxlanılır.

Son xəbərlər

Orphus sistemi