“Borussiya”nın 9 futbolçusu kababdan zəhərlənib

“Borussiya”nın 9 futbolçusu kababdan zəhərlənib Hadisə İspaniyada təlim-məşq toplanışı zamanı baş verib
Futbol
12 Yanvar , 2018 01:00
“Borussiya”nın 9 futbolçusu kababdan zəhərlənib

Bakı. 12 yanvar. REPORT.AZ/ Almaniyanın “Borussiya” klubunun (Dortmund) 9 futolçusu İspaniyada təlim-məşq toplanışı zamanı bağırsaq qripinə yoluxub.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömər Toprak, Yakob Bruun Larsen, Nuri Şahin və Dominik Rayman bununla bağlı xəstəxanaya müraciət edib.

Kütləvi zəhərlənməyə toyuq kababı səbəb olub.

Futbolçuların Bundesliqanın 18-ci turunda “Volfsburq”la oyuna qədər bərpa olunacaqları bildirilir. Matç yanvarın 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi