​"Borussiya" erməni futbolçunun Bakıya buraxılmayacağına dair iddialara münasibət bildirib

​"Borussiya" erməni futbolçunun Bakıya buraxılmayacağına dair iddialara münasibət bildirib "Henrik bizim üçün supervacib oyunçudur"
Futbol
29 Avqust , 2015 03:36
​Borussiya erməni futbolçunun Bakıya buraxılmayacağına dair iddialara münasibət bildirib

Bakı. 29 Avqust. REPORT.AZ/Almaniyanın "Borussiya" (Dortmund) klubu erməni futbolçu Henrik Mxitaryanın Bakıya buraxılmayacağına dair iddialara münasibət bildirib.

"Report"un məlumatına görə, bu barədə Almaniyanın "Sport1" telekanalına klubun mətbuat xidmətinin rəhbəri Saşa Fligge açıqlama verib.

O, belə bir halın baş verməyəcəyinə ümidvar olduğunu söyləyib: "Henrik bizim üçün supervacib oyunçudur. O, xüsusən son həftələrdə parlaq çıxışı ilə seçilir".

"Bild" nəşri Ermənistan milli komandasının yarımmüdafiəçisi olan Mxitaryanın oktyabrın 22-də Bakıda keçiriləcək qarşılaşmada iştirakından örtü "Borussiya"nın viza üçün müraciətinə rədd cavabı veriləcəyini yazıb. Buna səbəb kimi onun 2011-ci ildə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi göstərilib. Hətta Azərbaycan sərhədlərini qanunsuz keçdiyi üçün onun həbs edilməsinin mümkünlüyü də vurğulanıb.

Qeyd edək ki, "Borussiya" bu mövsüm 7 qələbə qazanıb. Dortmund komandasının qollarından 8-ni Henrik Mxitaryan vurub.

Son xəbərlər

Orphus sistemi