"Borussiya Dortmund" klubunun ofisi təxliyə edilib

"Borussiya Dortmund" klubunun ofisi təxliyə edilib Binada naməlum əşyanın olması barədə polisə məlumat daxil olub
Futbol
15 Mart , 2017 22:31
Borussiya Dortmund klubunun ofisi təxliyə edilib

Bakı. 15 mart. REPORT.AZ/ Dortmundun "Borussiya" futbol klubunun ofis binası içərisində ağ toz olan zərf səbəbindən təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Ruhr Nachrichten" nəşri məlumat yayıb.

Yerli vaxtla 16:15-də binada naməlum əşyanın olması barədə polisə məlumat daxil olub. Polis binanın 5-ci mərtəbəsində içərisində naməlum tərkibli ağ tozun olduğu zərf aşkar edib. Zərfə toxunduğu ehtimal edilən bir neçə əməkdaş tibbi müayinəyə göndərilib.

Saat 17:45-də binanın mühasirəsi aradan qaldırılıb. Polisin məlumatına görə, zərfin içində şəkər tozu olub.

Çərşənbə günü "Borussiya" klubunun "Twitter"dəki hesabı hakerlər tərəfindən dağıdılıb.

Son xəbərlər

Orphus sistemi