Bakı. 22 iyul. REPORT.AZ/ Almaniyanın "Borussiya Dortmund" klubu ölkənin milli futbol komandasının oyunçusu Andre Şürrle ilə müqavilə imzalayıb.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, müqavilə 5 il müddətinə nəzərdə tutulub.
Futbolçu "Volfsburq" klubundan alınıb. Amma keçidin məbləği açıqlanmır.
Qeyd edək ki, A.Şürrle yığma komandanın heyətində 55 oyunda 20 qol vurub.