"Bordo" klubunun futbolçusunun anası oğurlanıb

"Bordo" klubunun futbolçusunun anası oğurlanıb Bakı. 5 mart. REPORT.AZ/ Nigeriya yığmasının və Fransanın Bordo futbol klubunun oyunçusu Samuel Kalunun anası oğurlanıb.
Futbol
5 Mart , 2019 03:34
Bordo klubunun futbolçusunun anası oğurlanıb

Bakı. 5 mart. REPORT.AZ/ Nigeriya yığmasının və Fransanın "Bordo" futbol klubunun oyunçusu Samuel Kalunun anası oğurlanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "sportinglife.ng" nəşri məlumat yayıb.

Bildirilir ki, qadın fevralın 27-də evinə qayıdan zaman oğurlanıb.

"Adam oğruları qadına görə təqribən 8,3 min dollar pul istəyiblər və onu buraxacaqlarına söz veriblər. Biz bütün gecəni gözlədik, lakin o qayıtmadı. Növbəti səhər onlar daha çox pul almaq üçün yenə zəng etdilər. İndi 41 min dollar istəyirlər", — deyə futbolçu bildirib.

Abiya ştatının polisi artıq hadisə barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi