Bonuççi: "Ronaldu və Messi fenomenal futbolçulardır, hərəsi özünə görə yaxşıdır"

Bonuççi: "Ronaldu və Messi fenomenal futbolçulardır, hərəsi özünə görə yaxşıdır" "Yuventus"un müdafiəçisi Ronaldu və Messini müqayisə edib
Futbol
10 Fevral , 2017 23:53
Bonuççi: Ronaldu və Messi fenomenal futbolçulardır, hərəsi özünə görə yaxşıdır

Bakı. 10 fevral. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Leonardo Bonuççi "Real"ın hücumçusu Kriştianu Ronaldu və "Barselona"nın forvardı Lionel Messini müqayisə edib.

"Report" xəbər verir ki, onun sözlərini UEFA-nın mətbuat xidməti sitat gətirib.

"Ronaldu və Messi dünya səviyyəli futbolçulardır, hərəsi özünə görə yaxşıdır. Əgər onları istedad və öz üzərində işləməyə görə tərəziyə qoysaq, Lionel birincidə, Kriştianu isə ikincidə ağır gələr. Onların ikisi də fenomenal futbolçulardır", - deyə Bonuççi bildirib.

Son xəbərlər

Orphus sistemi