Yuxarı

Bolqarıstan yığmasının qapıçısı Azərbaycandan təklif alıb

Bolqarıstan yığmasının qapıçısı Azərbaycandan təklif alıb

Bolqarıstanın "Slaviya" (Sofiya) komandasının qapıçısı Georgi Georgiyev Azərbaycandan təklif alıb.

"Report"un "Meridian maç"a istinadən məlumatına görə, 31 yaşlı qolkiperlə Qazaxıstan və Ermənistan klubları da ciddi maraqlanır. Lakin həmin klubların adları açıqlanmır.

Georgiyev indiyədək Moldova və İran komandalarında legioner həyatı yaşayıb. O, Bolqarıstan millisinə də dəvət alıb. "Transfermarkt" təcrübəli qapıçının 250 min avro qiymətə malik olduğunu yazıb.

Qeyd edək ki, "Slaviya" ötən mövsüm Emil Martinovu "Səbail"ə satmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi