Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub - VİDEO

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub - VİDEO Matius Dituro rəqib həmkarının irəli çıxmasından istifadə edib
Futbol
26 Aprel , 2017 00:51
Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub - VİDEO

Bakı. 26 aprel. REPORT.AZ/ Futbol üzrə Boliviya çempionatının 12-ci turu çərçivəsində "Bolivar" və "San-Xose" komandaları arasında keçirilən oyunda ev sahiblərinin qolkiperi öz qapısından rəqibə qol vurub.

"Report" xəbər verir ki, 1:2 hesabı ilə geridə olan qonaqlar 94-cü dəqiqədə cərimə zərbəsi qazanıblar.

"San-Xose"nin qapıçısı Emmanuel Franko rəqibin cərimə meydançasına qədər gəlib, lakin top ötürmədən sonra birbaş "Bolivar"ın qapıçısı Matias Dituronun əlinə düşüb. O da fürsətdən yararlanaraq topu rəqibin boş qapısına vurub və əla qola imza atıb.

Son xəbərlər

Orphus sistemi