Yuxarı

"Boka Xuniors"un stadionu bomba xəbərdarlığı ilə evakuasiya olunub

"Boka Xuniors"un stadionu bomba xəbərdarlığı ilə evakuasiya olunub
Hadisə Madrid səfərindən bir neçə saat əvvəl baş verib

Bakı. 5 dekabr. REPORT.AZ/ Argentinanın "Boka Xuniors" klubuna məxsus "Bombonero" stadionu evakuasiya olunub.

"Report"un tellerreport.com saytına istinadən verdiyi məlumata görə, buna naməlum şəxsin zəng edərək, arenaya bomba qoyulması xəbərdarlığı səbəb olub. Hadisə "Boka Xuniors"un Libertadores Kubokunda "River Pleyt"lə keçirəcəyi finalın cavab oyunu üçün İspaniyanın paytaxtı Madridə səfərindən bir neçə saat əvvəl baş verib.

Qeyd edək ki, bu görüş noyabrın 24-də "River Pleyt"ə məxsus stadionda keçirilməli idi. Lakin oyun ərəfəsində yerli fanatlar "Boka Xuniors"un avtobusuna hücum ediblər. Nəticədə matçın dekabrın 9-da Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkilinə qərar verilib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi