Yuxarı

"Boka Xuniors"un hücumçusu oyun zamanı qapı xətti üzərindən qol vura bilməyib - VİDEO

"Boka Xuniors"un hücumçusu oyun zamanı qapı xətti üzərindən qol vura bilməyib - VİDEO

Bakı. 25 aprel. REPORT.AZ/ Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Ramon Abila "Palmeyras"la Libertadores Kubokunun qrup mərhələsinin ev oyununda əlverişli qol imkanını qaçırıb. 

"Report"un məlumatına görə, sağ cinahdan ötürmə alan 29 yaşlı hücumçu qapı xəttinin üzərindən topu tora göndərə bilməyib. Halbuki, həmin vaxt qonaq komandanın qolkiperi Jailsonun ona heç bir maneçilik törətmək imkanı olmayıb. 

Qeyd edək ki, görüş "Palmeyras"ın qələbəsi ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi