“Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub

“Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub Buenos-Ayres təmsilçisinin qızıl medallara sahib çıxması mövsümün başa çatmasına iki tur qalmış rəsmiləşib
Futbol
21 İyun , 2017 09:59
“Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub

Bakı. 21 iyun. REPORT.AZ/ Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, “Boka Xuniors” klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib.

Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici “Banfild”in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan “Boka Xuniors” 54 xal toplayan “Banfild” üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə “River Pleyt”dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub. 

Son xəbərlər

Orphus sistemi