“Boka Xuniors” baş məşqçisi ilə yollarını ayırıb

“Boka Xuniors” baş məşqçisi ilə yollarını ayırıb Bakı. 15 dekabr. REPORT.AZ/ Libertadores Kubokunun finalında əzəli rəqibi “River Pleyt”ə uduzan “Boka Xuniors”un baş məşqçi Gilyermo Skelotto postunu tərk edib.
Futbol
15 Dekabr , 2018 11:49
“Boka Xuniors” baş məşqçisi ilə yollarını ayırıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Libertadores Kubokunun finalında əzəli rəqibi “River Pleyt”ə uduzan “Boka Xuniors”un baş məşqçi Gilyermo Skelotto postunu tərk edib.

“Report” xəbər verir ki, bu barədə Argentina təmsilçisinin baş məşqçisi Daniel Anhelisi “Frans-Press”ə bildirib. 

45 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

G.Skelottonu əvəzləməyə ən real namizəd kimi hazırda vətəni Braziliyada “Palmeyras”a rəhbərlik edən Luis Felipe Skolari göstərilir.

Qeyd edək ki, G.Skelotto 2016-cı il martın 1-dən “Boka Xuniors”un baş məşqçisi idi.

Son xəbərlər

Orphus sistemi