Bakı. 22 yanvar. REPORT.AZ/ "Boavişta" klubu Portuqaliya çempionatında XVIII turun növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Portu təmsilçisi "Aroka"nın qonağı olub.
Görüş "Boavişta"nın əzmkar qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin oyunçularından qapıçı Kamran Ağayev cəzalı olduğu üçün matçı buraxıb. Yarımmüdafiəçi Emin Mahmudov isə sonadək ehtiyatda qalıb.
Bu qələbə sayəsində "Boavişta" 18 oyuna 24 xalla 8-ci pilləyə yüksəlib. 23 xala malik "Aroka" isə 10-cu pilləyə enib.
Portuqaliya çempionatı, XVIII tur
00:30. "Aroka" - "Boavişta" - 1:2
Qollar: Tomane, 8 - İdris, 12. Yuri Medeyruş, 62