"Boavişta" klubu Kamran Ağayev və Emin Mahmudovsuz qələbə qazanıb

"Boavişta" klubu Kamran Ağayev və Emin Mahmudovsuz qələbə qazanıb Bu qələbə sayəsində "Boavişta" 18 oyuna 24 xalla 8-ci pilləyə yüksəlib
Futbol
22 Yanvar , 2017 02:38
Boavişta klubu Kamran Ağayev və Emin Mahmudovsuz qələbə qazanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Boavişta" klubu Portuqaliya çempionatında XVIII turun növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Portu təmsilçisi "Aroka"nın qonağı olub.

Görüş "Boavişta"nın əzmkar qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin oyunçularından qapıçı Kamran Ağayev cəzalı olduğu üçün matçı buraxıb. Yarımmüdafiəçi Emin Mahmudov isə sonadək ehtiyatda qalıb.

Bu qələbə sayəsində "Boavişta" 18 oyuna 24 xalla 8-ci pilləyə yüksəlib. 23 xala malik "Aroka" isə 10-cu pilləyə enib.

Portuqaliya çempionatı, XVIII tur

00:30. "Aroka" - "Boavişta" - 1:2

Qollar: Tomane, 8 - İdris, 12. Yuri Medeyruş, 62

Son xəbərlər

Orphus sistemi