​Blatter FİFA-da islahatların başlandığını bəyan edib

​Blatter FİFA-da islahatların başlandığını bəyan edib "Mən istəyirəm ki, islah etmə proqramı dolğun olsun"
Futbol
5 İyun , 2015 04:57
​Blatter FİFA-da islahatların başlandığını bəyan edib

Bakı. 05 İyun. REPORT.AZ/ FİFA prezidenti vəzifələrinin icraçısı Yozef Blatter təşkilatda islahatlara başlandığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının rəsmi saytında dərc olunub.

"Mən istəyirəm ki, islahatların aparılması proqramı dolğun olsun və başa düşürəm ki, yalnız FİFA-nın Konqressi bu islahatlara rəvac verə bilər", — deyə o bildirib.

Qeyd edək ki, bu bəyanat audit üzrə komissiyanın sədri Domeniko Skala ilə görüşdən sonra edilib. Bəyanatda bildirilir ki, Skala və Blatter hazırda FİFA administrasiyası və strukturunun dolğun şəkildə islah edilməsinə təşəbbüs göstərilməsi üzərində işləyirlər.

Son xəbərlər

Orphus sistemi