Robert Prosineçki: "Bizi seçmə mərhələdə çətin rəqiblə sonuncu ev oyunu gözləyir"

Robert Prosineçki: "Bizi seçmə mərhələdə çətin rəqiblə sonuncu ev oyunu gözləyir" Məqsədimiz yaxşı oyunla müsbət nəticə əldə etməkdir"
Futbol
4 Oktyabr , 2017 20:07
Robert Prosineçki: Bizi seçmə mərhələdə çətin rəqiblə sonuncu ev oyunu gözləyir
Report/Firi Salim

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Bizi seçmə mərhələdə çətin rəqiblə sonuncu ev oyunu gözləyir. Çexiya millisi son matçlarda uduzsa da, texniki baxımdan güclü kollektivdir. Lakin məqsədimiz yaxşı oyunla müsbət nəticə əldə etməkdir".

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, rəqibi yaxşı analiz ediblər və Çexiya millisinin yetərincə güclü tərəfləri var. 

FOTO: Firi Salim 

Son xəbərlər

Orphus sistemi