Rövnəq Abdullayev: "Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq"

Rövnəq Abdullayev: "Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq" Rövnəq Abdullayev: "Cənab prezidentin tapşırıqları yerinə yetirilir"
Futbol
6 Mart , 2015 11:28
Rövnəq Abdullayev: Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq

Bakı. 6 mart. REPORT.AZ/ "Artıq müəyyən işlər həyata keçirilib və nəticələr əldə olunur. Cənab Prezidentin qarşımıza qoyduğu bir çox tapşırıqlar yerinə yetirilir". "Report"un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilən hesabat konfransında çıxışı zamanı deyib.

İlin yekunları ilə bağlı fikirlərini bildirən R.Abdullayev "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı" barədə danışıb. AFFA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin federasiyanın qarşısına qoyduğu tapşırıqların yerinə yetirildiyini qeyd edib.

"AVRO-2020-nin sifariş ərizəsini hazırladıq və qalib olduq. Çempionatın 3 qrup və bir 1/4 oyunu Bakıda keçiriləcək. Bu çox böyük tədbirdir. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq. Cənab Prezidentə bizə verdiyi böyük dəstəkdən dolayı təşəkkür edirəm. Dövlətimiz bizə böyük köməklik göstərdi ki, bu da birgə görülən işin nəticəsidir" - deyə R.Abdullayev bildirib.

Son xəbərlər

Orphus sistemi