Vinfrid Şefer: "Almeyda komanda üçün dəyərli əlavədir"

Vinfrid Şefer: "Almeyda komanda üçün dəyərli əlavədir" Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Baniyas klubunun baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda fikirlərini bölüşüb.
Futbol
22 Yanvar , 2020 13:08
Vinfrid Şefer: Almeyda komanda üçün dəyərli əlavədir

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubunun baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis Azərbaycan millisinin üzvünün onun komandası üçün dəyərli əlavə olduğunu bildirib.

"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" - deyə 70 yaşlı mütəxəssis vurğulayıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb. Vinfrid Şefer isə 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı" komandasının baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi