Yuxarı

Azərbaycan Premyer Liqasında bir mövsümdə 25 və daha çox qol vuran futbolçular - SİYAHI

Bir mövsümdə 25 və daha çox qol vuran futbolçular - SİYAHI

Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirləri cəmi 7 qol vurub.

"Report"un məlumatına görə, Stiven Monroz və Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") çempionatın ən məhsuldar oyunçularıdır. 

Onların məhsuldarlığı ölkə çempionatları tarixində təsadüf olunan göstəricilərlə müqayisədə çox aşağıdır. İlk milli çempionatlarda komandalar daha çox oyun keçirsələr də, oyun sayındakı fərq qol sayındakı fərqlə müqayisədə daha azdır.

Bir mövsümdə ən çox qol vuran futbolçu Nazim Əliyevdir. O, 1992-ci ildə 39 dəfə rəqib qapılarına yol tapıb. Bunun üçün Əliyevə 33 matç kifayət edib. Onun orta məhsuldarlığı 1,18-ə bərabər olub. Cari mövsümün bombardirlərində isə bu rəqəm 0,37 - 0,47 aralığında dəyişir. Bu isə təxminən üç qat fərqdən xəbər verir.

Elə həmin – 1992-ci il mövsümündə bombardirlər yarışında ikinci olan Samir Ələkbərovun göstəricisi də sonrakı illərdə əlçatmaz olub. 30 və daha çox qol vuran 5 oyunçu arasında Qurbanov qardaşları – Musa və Qurban da yer alıb. Onlar müvafiq olaraq 35 və 34 dəfə fərqləniblər. 30 qol vuran digər oyunçu isə ilk çempionatın üçüncüsü Mehman Allahverdiyevdir.

Ümumilikdə isə ölkə çempionatları tarixində 10 dəfə hər hansı futbolçu 25 və daha çox qol vurub. Nazim Əliyevlə Samir Ələkbərov hamıdan çox - hərəyə 2 dəfə bunu bacarıb. 10 belə hadisədən 6-nın müəllifi “Neftçi”nin üzvü olub.

25 və daha çox qolun vurulmasına 9 dəfə ötən əsrdə təsadüf olunub. Yalnız bir futbolçu bunu XXI əsrdə gerçəkləşdirib. Bu, “Neftçi”də 26 qol vuran Nikolas Kanalesdir.

Bir mövsümdə 25 və daha çox qol vuran futbolçular

1992. Nazim Əliyev (Xəzər S) - 39

1992. Samir Ələkbərov (Neftçi) - 36

1993/94. Musa Qurbanov (Turan) - 35

1996/97. Qurban Qurbanov (Neftçi) - 34

1992. Mehman Allahverdiyev (Kəpəz) - 30

1992. Yunis Hüseynov (Neftçi) - 29

1993/94. Fazil Pərvərov (Kəpəz) - 29

1994/95. Nazim Əliyev (Neftçi) - 26

2012/13. Nikolas Kanales (Neftçi) - 26

1996/97. Samir Ələkbərov (Neftçi) - 25

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi