Yuxarı

"Bild": "Böyük Britaniya Aİ-də qalsa, "Uembli"də topun qapı xəttini keçdiyini bəyan edəcəyik"

Almaniyanın məşhur nəşri Tofiq Bəhramovun saydığı qolu haqlı sayacaq

Bakı. 23 iyun. REPORT.AZ/ "1966-cı il dünya çempionatının finalında İngiltərə millisinin Almaniya yığmasının qapısına qolu qaydalar çərçivəsinə vurmadığına dair iddialarımızı geri götürəcəyik. Bu addımı Böyük Britaniya Avropa İttifaqının üzvü kimi qalacağı təqdirdə atacağıq". 

"Report"un məlumatına görə, bu barədə "Bild" nəşrinin yazarı Tanit Kox yazısında bildirib.

O, 50 il əvvəlki mundialın həlledici görüşündə Tofiq Bəhramovun saydığı qola da diqqət çəkib. Kox bildirib ki, Böyük Britaniya Avropa İttifaqından çıxmasa, Bəhramovun qərarında haqlı olduğunu təsdiqləyəcəklər: "Biz hətta qolun qapıdan keçdiyini bəyan edəcəyik".

Qeyd edək ki, bu gün Böyük Britaniyada 46,5 milyon seçici arasında referendum keçiriləcək. Referendumda krallığın Avropa Birliyinin tərkibində qalıb-qalmayacağı məsələsinə aydınlıq gələcək. 1966-cı il dünya çempionatının finalında "Uembli" stadionunda hesab 2:2 olarkən, İngiltərə yığmasının hücumçusu Ceffri Herstin zərbəsi Almaniya millisinin qapı tirinin altına dəyərək, yerə düşüb. Həmin vaxt yan xətt hakimi olan Tofiq Bəhramov epizodu qol kimi dəyərləndirib. Bu qol sayəsində İngiltərə hesabda önə keçib və sonradan daha bir qol vuraraq, tarixində ilk və hələlik yeganə dünya çempionluğunu qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi