​Azərbaycan Birlik Kubokunda iştirakdan imtina edib

​Azərbaycan Birlik Kubokunda iştirakdan imtina edib Yanvarın 16-da Sankt-Peterburqda start götürəcək turnir sayca 23-cü olacaq
Futbol
15 Yanvar , 2015 22:24
​Azərbaycan Birlik Kubokunda iştirakdan imtina edib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan "MDB və Baltik ölkələri çempionlarının Birlik Kuboku" beynəlxalq turnirində təmsil olunmayacaq.

"Report" TASS agentliyinə istindən xəbər verir ki, bu barədə Birlik Kuboku Komitəsinin direktor müavini İqor Kiselyev məlumat verib.

O bildirib ki, Ukrayna Futbol Federasiyası hələ ki, turnirdə iştirakla bağlı dəvətə cavab verməyib. Azərbaycan, Ermənistan, Gürcüstan və Özbəkistan nümayəndələri isə idman səbəblərini əsas gətirərək turnirdə iştirakdan imtina ediblər.

Yanvarın 16-da Sankt-Peterburqda start götürəcək turnir sayca 23-cü olacaq. Turnirə yanvarın 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi